abs iran 99 900x596 3

ABŞ-İran gərginliyi yenidən kritik həddə çatıb. Vaşinqtonla Tehran arasında diplomatik danışıqların nəticəsiz qalması fonunda İran ABŞ-ı xəbərdar edib ki, razılaşma əldə olunmasa, hərbi qarşıdurmanı daha geniş miqyasda davam etdirəcək. Tehranın son mesajlarında xüsusilə regionda gərginliyin artırılacağı və Hörmüz boğazında vəziyyətin daha da kəskinləşdirilə biləcəyi vurğulanır.

ABŞ isə İrana qarşı təzyiqləri artırmaqla yanaşı, Tehranın mümkün yeni hücumlarına sərt cavab veriləcəyini bildirir.

ABŞ-İran qarşıdurmasının coğrafiyası genişlənə və gərginliyin bir ucu Azərbaycana da çata bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, bir neçə aydır davam edən gərginlik fonunda regionun ən təhlükəsiz ölkələrindən biri Azərbaycandır:

“Azərbaycanın həm İranla, həm də ABŞ-la münasibətləri kifayət qədər yaxşıdır. Rəsmi Bakı heç bir tərəf üçün təhdid deyil. Bundan başqa, Azərbaycan ərazisini üçüncü ölkələrin orduları üçün açmır. Bu mənada, hərbi əməliyyatlar fonunda ölkənin ehtimal hədəf olması mümkün deyil.

kazim kazimov yeni 896x900 3
Kazım Kazımov

Azərbaycan müstəqil xarici siyasət yürüdür. Münaqişələrin həllində beynəlxalq hüququ əsas götürür. Bunu hər iki tərəf də yaxşı bilir. Ona görə də, əslində, ABŞ və İran Bakını təhlükəsizlik adası kimi görür.

Lakin unutmayaq ki, regionda hər hansı gərginliyin və hərbi aktivliyin olması kiçik hadisə kimi görülməməlidir. Bir müharibədən bəhs ediriksə, hər halda, onun regiona təsir göstərməsi və müəyyən risklər yaratması mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: