irannnnn

“Tehran metrosu İsrailin hücumları fonunda bomba sığınacağı kimi istifadə ediləcək və sutkada 24 saat açıq olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatemeh Mohacerani dövlət televiziyasına açıqlamasında deyib.

“Bu axşamdan etibarən metro açıq və ictimaiyyət üçün əlçatan olacaq”, – o bildirib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərini hədəfə alan əməliyyata başlayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: