“İsrail yenə bir səhv addım atsa, İranın cavabı daha sərt olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazım Cəlali deyib.
İran diplomat bildirib ki, Tehran müharibəyə can atmır, amma İsrailin hücumu fonunda İranın cavabı daha sərt olacaq.
“Tehranın İsrail ərazisinə endirdiyi zərbə uğurlu olub. Ancaq buna rəğmən İran heç vaxt müharibə istəməyib və indi də eyni fikirdədir”, – deyə Cəlali vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az