ABŞ və İsrailin Tehrandakı elektrik stansiyalarına hücumunun bir məqsədi var: şəhəri tamamilə enerjisiz qoymaq.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.
O bildirib ki, martın 16-da ABŞ və İsrail Tehranın elektrik stansiyalarına zərbələr endirib.
“Bu gün Tehranın üzərində yenidən partlayış səsləri eşidildi. Hücumların hədəfi elektrik stansiyaları idi – bu stansiyalar işləmədikdə bütün şəhər işıqsız qala bilərdi”, – Bəqai “X” hesabında yazıb.
Lakin rəsminin sözlərinə görə, İran mütəxəssisləri iki saatdan az müddətdə şəhərin elektrik təchizatını bərpa edə biliblər.
Tahir Turan
Globalinfo.az