Son 48 saatda elə xəbərlər almışam ki… – Vuçiçdən savaş anonsu?

“Son 48 ərzində aldığımız xəbərləri açıqlamaq mənim üçün elə də asan deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O, ölkə əhalisinə yaxınlaşan təhlükə ilə bağlı xəbərdarlıq edib:

“Serbiya Respublikasının mövcudluğu, milli maraqları təhlükə altındadır. Mən yaxın günlərdə Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişəki kimi bizim üçün çətin olacaq. Lakin mübarizə aparacağıq. Serbiya qalib gələcək”.

Qeyd edək ki, Vuçiçin bu sözləri yeni savaş anonsu kimi qəbul edilib.

Əliyar Xəlil
Globalinfo.az