TƏCİLİ! Xankəndidə yer yerindən oynayır: “Həyəcanverici xəbərlər gəlir”

Qarabağda yaşayan ermənilər hazırda Xankəndinin “Dirçəliş meydanı”na toplaşırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın erməni seqmentində məlumat yayılıb.

Bildirilib ki, onlar Xankəndi-Gorus magistralına hərəkət edərək, azərbaycanlıları ərazidən uzaqlaşdırmaq barədə çağırış edəcəklər.

Digər erməni mənbələri isə həyəcanverici xəbərlərin gəldiyini, separatçı-terrorçu rejimin “lider”i Araik Arutyunyanın və saxta “dövlət naziri” Ruben Vardanyanın devrilməsi ilə bağlı tələblərin olduğunu yazırlar.

Qeyd edək ki, hazırda Şuşa ərazisində ekoloji terrorla bağlı dinc etiraz aksiyası keçirən azərbaycanlılar Qarabağdakı erməniləri də aksiyaya qoşulmağa dəvət etmişdilər. Görünür, ermənilər öz xislətlərinə sadiq qalaraq yenidən gərginlik yaratmaq məqsədi güdürlər.

Aqşin
Globalinfo.az