Ruben vardanyan

Xankəndidəki saxta separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “qərarı” separatçı rejimin rəhbəri Araik Arutyunyan bu gün keçirdiyi “hökumətin iclasında” elan edib.

Arutyunyan “iclasda” Vardanyanın fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib.

Vardanyanın “yerinə” – “dövlət naziri” “vəzifəsinə” Qurgen Nersisyan təyin edilib.

WhatsApp Image 2023 02 21 at 09.06.11

İlkin Həsənov
Globalinfo.az

Paylaş: