Türkiyənin Balıkesir bölgəsinin Sındırgı rayonunda zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gün yerli vaxtla saat 21:40-da Türkiyənin Balıkesir bölgəsinin Sındırgı rayonunda yerin 10,97 km dərinliyində, 4 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.