
Oxu.az qeyd edir ki, “Rus Evi”nin fəaliyyət göstərdiyi binanın girişində yerləşdirilmiş məlumat lövhəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə bağlı məsələyə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) baxılıb.
Bildirilib ki, Bakı şəhərində yerləşən “Rus Evi”nin binasının üzərindəki məlumat lövhəsinin üzərində adlar birinci Azərbaycan, daha sonra rus dilində qeyd olunmalıdır.
***12:44
Xəbər verdiyimiz kimi, Azərbaycandakı Rus Evinin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib.
Globalinfo.az xəbər verir ki, artıq qurumun yerləşdiyi binanın üzərindəki “Rus Evi” yazısının sökülməsinə başlanılıb.
Report-un Teleqram kanalında yayılan həmin görüntüləri təqdim edirik: