TƏCİLİ: Ordumuzun mövqeləri atəşə tutuldu

Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.