TƏCİLİ! Laçın yolu həmləsi: rus hərbçiləri mühasirəyə alınır – Əraziyə polis yeridildi

Bu gün Rusiyanın Ermənistandakı 102-ci bazasının qarşısında mitinq keçiriləcək.

Globalinfo.az xəbər verir ki, aksiya ultrasağçı Milli Demokratiya Qütbü tərəfindən təşkil ediləcək.

Aksiya iştirakçılarının bu addımla Rusiya sülhməramlılarının Laçın yolundakı fəaliyyətinə etiraz etməyə çalışdığı vurğulanıb. Bununla belə, bir sıra qruplar bazanın bu gündən etibarən blokadaya alacaqlarını bəyan ediblər.

“Sputnik” agentliyi isə bazanın yerləşdiyi Gümrü şəhərinə polis dəstələrinin gətirildiyini bildirib.

Aqşin
Globalinfo.az