Gəncədə partlayış səsləri eşidildi – MN-dən açıqlama

Gəncə şəhərində partlayış səslərinin eşidilməsi haqda məlumat yayılıb.

Globalinfo.az-a verilən məlumata görə, partlayış daha çox mərmi atışlarının səsinə bənzəyir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, narahatlığa heç bir səbəb yoxdur:

“Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə Seyfəli poliqonunda utilizasiya olunur.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az