Ermənistan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşib.

Globalinfo.az xəbər verir ki, polislə etirazçılar arasında toqquşma olub.

İnsident zamanı etirazçılar arasında xəsarət alanların olduğu bildirilib.

Yayılan kadrlardan  insanların polis tərəfindən nəzarətə götürüldüyü görünür.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament binasının yaxınlığında xeyli sayda polis qüvvələri  cəmləşib.

Təhlükəsizlik qüvvələri etirazçıları “Dəmirçyan” küçəsindən sıxışdırıb çıxarmağa çalışır.

“Hər şey etirazçılarla polisin bir-birini itələməsi ilə başladı. Daha sonra təhlükəsizlik qüvvələri etirazçıları “Dəmirçyan” küçəsindən sıxışdırmağa çalışdı. Polislər etirazçıları rezin dəyənəklərlə döyməyə başladılar. Etirazçılardan  bir neçə nəfərin vəziyyəti pisləşdi”, – Ermənistan mediası yazıb.

Qeyd edək ki, polis hazırda parlament binası önündə növbətçilik edir. İçəridə isə Milli Təhlükəsizlik Xidmətinin silahlı xüsusi təyinatlıları var.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: