resize 24 1777114507

İsraildə milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bədəvi ailələrin yaşadığı ərazilərdə aparılan köçürülmə prosesinə şəxsən nəzarət etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb və ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, yayılan videoda nazirin yerli sakinlərlə sərt dialoqu diqqət çəkir. Kadrlarda evindən çıxarılmağa etiraz edən sakin sənədlərinin qaydasında olduğunu bildirərək həmin ərazinin ona məxsus olduğunu deyir.

Buna cavab olaraq Ben-Qvirin “Mənim vecimə deyil. İki saat ərzində ərazini tərk edin, əks halda öldürüləcəksiniz” ifadəsini işlətməsi iddia olunur.

Məlumata görə, hadisə bədəvi icmaların yaşadığı ərazilərdə aparılan söküntü və köçürülmə tədbirləri zamanı qeydə alınıb. Sosial mediada yayılan görüntülər qısa müddətdə geniş rezonans doğurub.

Tahir Turan
Globalinfo.az

Paylaş: