TƏCİLİ: DTX xəbərdarlıq yaydı, əhalini diqqətli olmağa çağırdı

Dövlət Təhlükəsizliyi Xidməti əhalini sosial şəbəkələrdə diqqətli olmağa çağırıb. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı mobil telefonlara xəbərdarlıq mesajı göndərilib.

Xəbərdarlıq  mesajında deyilir:

“Hörmətli Abunəçi, dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək halların qarşısının alınması məqsədilə yerli və xarici mobil nömrələrdən daxil olan mesajlara (iş elanları), həmçinin sosial şəbəkə üzərindən qurulan əlaqələrə daha diqqətlə yanaşmağınızı tövsiyə edirik. Şübhəli vəziyyətlə qarşılaşdığınız halda, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet saytına keçid edərək bunu bəyan etməyiniz xahiş olunur”.

Zaira Akifqızı
Globalinfo.az