TƏCİLİ: Bayıldakı qanunsuz balkon SÖKÜLDÜ – VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesində yerləşən yeni tikilinin sonuncu mərtəbəsinə əlavə otaq-eyvan tikilib.

Globalinfo.az bununla bağlı az öncə ətraflı xəbər yazıb. Məsələ mediada və sosial şəbəkədə ictimailəşdikdən sonra aidiyyatı qurumlar hərəkətə keçdilər. Artıq həmin eyvan sökülüb.

Məlumata görə, eyvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müdaxiləsindən sonra sökülüb.

Zaira Akifqızı
Globalinfo.az