Bakıda İsrail səfirliyini partlatmaq istəyən şəxs saxlanıldı

Azərbaycanın təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet.co.il” saytı məlumat yayıb.

“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərk-silah edib. Şübhəli şəxs Bakı məhkəməsinə çıxarılıb və onun həbs müddəti 4 ay uzadılıb”, – məlumatda bildirilib.