TƏCİLİ! Bakıda atışma: 2 nəfər güllələndi – VİDEO/13+/ YENİLƏNDİ

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, – məlumatda deyilir.

***

Paytaxtın Nəsimi rayonunda 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a DİN-dən bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

Bakının mərkəzi küçələrindən birində atışma olub.

Globalinfo.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

Silahlı insident zamanı iki nəfərin güllələndiyi bildirilib.