TƏCİLİ: Azərbaycandan İrana uçuşlar dayandırıldı? – RƏSMİ CAVAB

***00:20

Bu gündən etibarən Bakıdan Tehrana həyata keçirilən bütün uçuşlar ləğv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.

Hazırda sosial şəbəkələrdə, xüsusən Teleqram kanallarında bu mövzu geniş şəkildə müzakirə olunmaqdadır. Vaşinqtonda partlayış səsi eşidilməsi fonunda belə bir xəbərin yayılması ictimaiyyətdə qlobal hərbi toqquşma ilə bağlı qənaət formalaşmasına zəmin yaradıb.

Prosesi diqqətdə saxlayacağıq…

***

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib.

“İrana uçuşlar adi qaydada həyata keçirilir”, – deyə aeroportdan bildiriblər.