
Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunur. Məlum zədə isə hidravliva mayesi və təzyiq itkisinə səbəb olub.
Bundan əlavə, təyyarənin stabilizatorundan çıxan yad metal obyektlərin bir hissəsi hesabatda öz əksini tapıb.
“Təyyarənin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib”, – deyə ilkin hesabatda bildirilib.
**
19:42
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Operativ Məlumat Mərkəzi məlumat yayıb.
Hesabatda AZAL təyyarəsinin xarici təsirə məruz qaldığı təsdiqlənib.





Əliyar Xəlil
Globalinfo.az