Təbrizdən İrəvana uçuşlar bərpa olunur.
Globalinfo.az xəbər verir ki, bunu Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Məhəmməd Əli Nael Qaramalki İran mediasında açıqlamasında deyib.
O bildirib ki, Təbrizdən İrəvana uçuşlar 2 illik fasilədən sonra “Şəhid Mədəni” Beynəlxalq Hava Limanından bərpa olunacaq:
“Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. İrəvana ilk uçuş isə 20 avqust saat 9:00-da başlayacaq”.