684c8c21c244f684c8c21c24501749847073684c8c21c244d684c8c21c244e

İranın Həmədan və Təbriz hərbi bazalarına zərbələr endirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın qərbində yerləşən Hərbi Hava Qüvvələrinə məxsus bir neçə baza, o cümlədən Həmədan və Təbriz bazaları hədəf alınıb.

Məlumata görə, Təbrizdə yerləşən hərbi baza tamamilə dağıdılıb.

Həmçinin qeyd olunub ki, İranın hava hücumundan müdafiə şəbəkəsi, pilotsuz uçuş aparatları (PUA) və yerdən-yerə raket buraxılış sistemlərinə aid onlarla hədəf də vurulub.

684c8c40ad14f684c8c40ad1501749847104684c8c40ad14d684c8c40ad14e

Paylaş: