TDT-nin müsəlman dini liderləri Şuşadadır – YENİLƏNİB

 

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.

Globalinfo.az bildirir ki, “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.

Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

***09:40

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Globalinfo.az bildirir ki, “Report”un Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüb.