TDT Azərbaycan xalqını və ordusunu təbrik etdi – FOTO

“8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqını, Silahlı Qüvvələrini və Azərbaycan hökumətini ürəkdən təbrik edirik”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) “X” səhifəsində yazılıb.

“Bu gün Şuşa şəhərinin işğaldan azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində qələbənin ildönümüdür. Qələbə nəinki Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, həm də tarixi ədaləti bərpa etdi”, – təşkilatın təbrik mətnində bildirilib.