Tbilisidə yüzlərlə insan küçələrdə: Etirazçılar yolu bağladılar

Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna etirazlar davam edir.

Globalinfo.az xəbər verir ki, etirazçılar bu dəfə əsas küçələrdən birini bağlayaraq hərəkəti məhdudlaşdırıblar.

Belə ki, aksiya iştirakçıları polisin xəbərdarlığına baxmayaraq, Tbilisinin Rustaveli prospektində yolu zəbt ediblər.

“Onlar bizim konstitusion hüquqlarımızı məhdudlaşdırmağa çalışdılar. Bu, simvolik bir hərəkətdir. Hamımız birlikdə yolu bağladıq və heç kimə konstitusion hüququmuzdan istifadə etməyə imkan vermədik”. – mitinq iştirakçılarından biri Georgi Dumbadze bildirib.

Hazırda Gürcüstan parlamentinin qarşısında yüzlərlə insan var. Onların böyük əksəriyyəti tələbələrdir və növbəti etiraz yürüşü keçirməyi planlaşdırırlar. Nümayişçilər parlament meydanından yola doğru hərəkət edərkən polis onlara müdaxilə etməyib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları yürüş zamanı yolları bağlamamağa çağırıb. Qanunu pozanlara qarşı lazımi tədbirlərin görüləcəyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az