Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə daha iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onların iğtişaşların təşkili və iştirakında ittiham olunduğu bildirilir. Saxlanılanlardan birinin xarici ölkə vətəndaşı olduğu açıqlanıb.
Etirazların başladığı gündən bu yana ümumilikdə 28 nəfərin saxlanıldığı qeyd edilir.