Tbilisidə etiraz aksiyalarının 100-cü günü

tbilisi 8

Tbilisinin mərkəzində keçirilən etiraz aksiyalarının 100-cü günüdür.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayişçilər aksiyanın 100-cü günü münasibətilə yürüş keçiriblər. Tbilisi Dövlət Universitetinin qarşısından parlament binasına qədər davam edən yürüşə polis əməkdaşları əngəl olmayıb.

Qeyd edək ki, Tbilisi ilə yanaşı Gürcüstanın bir neçə şəhərində, o cümlədən Batumidə, Kutaisidə, Qoridə də etiraz aksiyaları keçirilir. Tələb isə eynidir: ölkədə təkrar parlament seçkilərinin keçirilməsi və etiraz aksiyaları zamanı həbs olunan vətəndaşların azad edilməsi.

Xatırladaq ki, Tbilisidə etiraz aksiyaları ötən il 28 noyabrda İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə danışıqların dayandırıldığını elan etməsindən sonra başlayıb.

Aysel Əliyeva
Globalinfo.az