“Gürcüstan Rusiya ilə heç bir gizli dialoq aparmır”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qeyd edib.
“Bəli, Rusiya işğalçıdır, düşməndir, cinayətkardır və biz Rusiyaya qarşı heç bir güzəştə getməyəcəyik”, – o bildirib.
Nazir vurğulayıb ki, Rusiya ilə dialoq Gürcüstanın maraqlarına cavab verən sahələrdə aparılır.
Safura Bənnayeva
Globalinfo.az