IMG 3339

Mayk Taysonu məğlub edən bloger Ceyk Pol irlandiyalı məşhur MMA döyüşçüsü Konor Makqreqora meydan oxuyub.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Hörmətli Konor, mənimlə orta çəkidə döyüşəcəyini söyləmisən. Bu heç vaxt baş verməyəcək. Ancaq gəl MMA döyüşü keçirək. Çəki kateqoriyası olmadan. Amma sən istəmirsən,” – C.Pol qeyd edib.

Makqreqor hələ ki təklifə reaksiya verməyib.

Xatırladaq ki, 27 yaşlı Pol boks döyüşündə 58 yaşlı boks əfsanəsi Mayk Taysonu məğlub edib.

Paylaş: