tayson

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Taysonla MMA tarixinin ən yaxşı döyüşçülərindən biri Fedor Emelianenko arasında boks görüşü olmayacaq. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Sport Express”ə 57 yaşlı Tayson məlumat verib.

“Fedorla döyüş olmayacaq. O, mənim kumirlərimdən biridir”, – deyə əfsanəvi boksçu bildirib.

Emelianenko avqustda Taysonla döyüşmək arzusunda olduğunu bildirib.

Sentyabrda Emelianenkonun Taysonla döyüşmək üçün danışıqlar apardığı və boks məşqlərinə başladığı bildirilib.

Emelianenko sonuncu döyüşünü fevralın 5-də keçirib. İlk raundda amerikalı Rayan Beyderə nokautla uduzub və bundan sonra karyerasını başa vurduğunu elan edib.

Ümumilikdə rusiyalının MMA-da 40 qələbəsi və yeddi məğlubiyyəti var, bir döyüş etibarsız sayılıb.

Tayson peşəkar karyerasını 2005-ci ildə başa vurub. Peşəkar rinqdə 50 qələbə (44 nokautla) qazanıb və altı məğlubiyyət alıb. 2020-ci ilin noyabr ayında o, kiçik Roy Cons ilə sərgi matçında döyüşüb. Döyüş bölünmə qərarı ilə heç-heçə ilə nəticələnib.

Paylaş: