Tatlısəs 5-ci dəfə bu addımı atır

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs deputatlığa namizədlik üçün yenidən AKP sıralarından namizədliyini irəli sürüb.

Globalinfo.az Kult.az-a xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bundan əvvəl də 4 dəfə Şanlıurfadan namizədliyə namizəd olan, lakin AKP-nin namizəd siyahısına daxil edilməyən Tatlısəs iddiasından əl çəkməyəcəyini bildirib.

“Urfama xidmət etmək üçün 100 dəfə də namizəd olaram. Məqsədim Urfanın problemlərini həll etməkdir”, – müğənni deyib.