“Tarqovı”da dilənçi ərəb turistin başına oyun açdı – TƏFƏRRÜAT

Bakının mərkəzindəki Fəvvarələr meydanında yerləşən “Sapfir” restoranının qarısında Küveyt vətəndaşı Abdulla Aşiqə Xalid Marzuqun pul qabısını oğurlayan dilənçi tutulub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarla cibgirlik yolu ilə edilmiş oğurluğun ərazidə dilənçilik edən dəstənin üzvü, Yevlax sakini 18 yaşlı Emin Qarayev (şərti) tərəfindən törədilməsi məlum olub.

Hadisə vaxtı dəstənin üzvü olan digər dilənçilər ərəb tuistin başını qarışdırıb və Emin Abdulla Aşiqin əynindəki gödəkçənin sağ cibindəki 50 manat dəyərində, içərisində 1200 manat nağd pul, 1 sürücülük vəsiqəsi, 1 Küveyt pasportu, 1 Covid pasport, 1 bank kartı olan pul kisəsini gizli yolla talayıb. Nəticədə Abdulla Aşiqə ümumilikdə 1250 manat məbləğində ziyan vurulub.

Hadisə barədə polisə müraciət edildikdən sonra kameralara baxılıb və əməliyyat keçirilib. Tutularaq istintaqa təhvil verilən cibgir barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci (Oğurluq) maddəsi ilə iş açılıb.

Səbail rayon Məhkəmsinin 18 ynvar 2023-cü il tarixli hökmü ilə 18 yaşlı cibgirə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bədəninə elektron təqib cihazı yerləşdirilən şəxsin müəyyən edilmiş vaxtlarda yaşadığı ünvanı tərk etməsi, ictimai tədbirlərə qatılması və sair qadağan edilib.

Malik
Globalinfo.az