Tarixi oyunun azarkeşləri Xankəndiyə çatdı – VİDEO

“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar.

Globalinfo.az bildirir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.

Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.