President Ali Khamenei in 42nd United Nations General Assembly 1

İranda baş verən etirazlar və İsrailin prosesə yanaşması fonunda Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin tarixi görüntüləri yenidən gündəm olub. 

Globalinfo.az xəbər verir ki, görüntülərdə Xameneinin İslam Respublikasının üçüncü prezidenti vəzifəsini icra etdiyi dönəmdə Birləşmiş Millətlər Təşkilatının sammitində iştirakı və kürsüdə çıxışı əks olunur.

Daha bir maraqlı detal isə İsraillə bağlıdır. Videoda İsrailin o dövrdəki baş naziri və ölkənin nümayəndə heyətinin Xamenei çıxış edərkən ayağa qalxdığı və zalı tərk etdiyi əks olunur. Görüntülər kifayət qədər aydın olmasa da, həmin şəxsin İsrailin keçmiş baş naziri Şimon Peres olduğu deyilir.

Videonu təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: