Tarixdə bir ilk: Kainatın hərəkəti beş dəfə yavaşladı

Alimlər astronomiya elmi tarixində ilk dəfə kainatın beş dəfə yavaş hərəkət etdiyini müşahidə ediblər.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Sidney Universitetindən professor Geraint Lyuis bu məlumatlar getdikcə genişlənən kainatda yaşadığımızı bir daha təsdiqlədiyini bildirib.

“Nature Astronomy” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi professor Lyuis əlavə edib:

“Kainatın bir milyard ildən bir qədər əvvəlki bir dövrünə nəzər salsaq, zamanın (Böyük Partlayışdan qısa müddət sonra) beş dəfə daha yavaş axdığını görürük”.