Tanınmış teatr xadimi vəfat etdi – FOTO

Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov vəfat edib.

Globalinfo.az xəbər verir ki, Natiq Gülməmmədov ürək çatışmazlığından dünyasını dəyişib.

 

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.