ferhad yalquza 1

Rəssam Fərhad Yalquzağın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Globalinfo.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Məlumata görə, iyunun 17-də saat 23 radələrində 1973-cü il təvəllüd Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib və o qanaxmadan vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:36

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə rəssamın dostları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib. Onun nəşini dostları aşkar ediblər.

52 yaşlı rəssamın ölüm səbəbi bilinmir.

Mərhum bu gün Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.

35629047 10216037196903632 7496718222343798784 n ferhadd

Paylaş: