sevda 71617963636

“2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı “ATV səhər”də deyib.

O boğazında polip olduğunu bildirib:

“Altı ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim.

Həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək olduğunu bildirib. Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim”.

Paylaş: