Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi – FOTO

Məşhur meyxanaçı Xəyyam Əhmədli Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

Onların sözlərinə görə, meyxanaçının ürəyində problem yaranıb və əməliyyat olunmalıdır. Lakin həkimlər hələlik əməliyyatın onun üçün təhlükəli olduğunu düşünərək, gözləməyə, müalicəni davam etdirməyə qərar veriblər.