Tanınmış kulinar Bakıdakı ABŞ səfirinə hansı yeməyi tövsiyə etdi?

ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Mark Libbi  iki ölkə arasındakı münasibətlərin inkişafı naminə fəaliyyət göstərəcəyini qeyd edib. O, qısa müddət ərzində Bakını gəzmək imkanı əldə etdiyini, milli mətbəximizin yeməklərinin dadına baxdığını vurğulayıb:

“Mən artıq dadlı Azərbaycan plovunu və dolmasını dadmışam. Xahiş edirəm, başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq baş kulinar Tahir Əmiraslanov səfirə bütün milli yeməklərimizi dadmağı tövsiyə edib:

“Azərbaycan mətbəxinin bütün yeməkləri dadlıdır və hər birinin özünəməxsus ləzzəti var. Hər birinin adını ayrı-ayrı sadalamağa ehtiyac yoxdur. Ümumiyyətlə, xarici ölkə rəsmilərinə, vətəndaşlarına milli mətbəximizin təamlarını təqdim etmək lazımdır ki, həm onların Azərbaycana aid olduğunu, həm də milli mətbəximizin zənginliklərini, tarixini bilsinlər.

Tahir Əmiraslanov

Mən əsasən camış qaymağı, yuxa, kətə yeyirəm, amma səfir milli mətbəximizin bütün məşhur yeməklərinin dadına baxa, həmçinin tarixləri ilə tanış ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az