1690718888 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbərinin kimliyinə aydınlıq gəlib.

Globalinfo.az xəbər verir ki, bu vəzifəyə “CBC Sport”un şərhçisi, tanınmış jurnalist Elnur Məmmədli təyin edilib.

Bir neçə namizədin arasında seçim edən AFFA rəhbərliyi yekunda Məmmədlinin üzərində dayanıb.

Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq  rəhbəri Firuz Abdulla bu yay “Səbail” klubunun icraçı direktoru təyin olunub.

Paylaş: