Tanınmış jurnalistə vəzifə verildi

Valyuta.az iqtisadiyyat portalına yeni baş redaktor təyinatı olub.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, saytın yeni baş redaktoru Aygün Asimqızı (Əhmədova) olacaq.

Aygün Asimqızı indiyədək “Üç nöqtə” və “Kaspi” qəzetlərində çalışıb.

Xanım jurnalist həmçinin “Kaspi” qəzetinin “Gənclik” əlavəsinin redaktoru olub.