İdmançı azyaşlını məşq zamanı niyə öldürüb? – Jurnalist mesaj verdi

“Kimliyindən, qazandığı nəticədən asılı olmayaraq, professional idmanda olduğu kimi, uşaq idmanında da məşqçiliyə yalnız lisenziyası olan şəxslər buraxılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov Sumqayıtda məşq zamanı 7 yaşlı uşağa şiddət göstərilməsi görüntüləri ilə bağlı danışarkən deyib.

Aydın Bağırov

O bildirib ki, baş verənlər dövlətin idmana cavabdeh qurumu olan Gənclər və İdman Nazirliyi, idman federasiyaları üçün SOS olmalıdır:

“Ayılın artıq, reklamla yox, məsuliyyət sahənizə aid işlərlə məşğul olun. Sertifikasiya prosesi aparılsa, yetərincə problem ortaya çıxacaq. O zaman aydın olacaq ki, uşaqdan əvvəl o “müəllimlərin” özünə psixoloji dərs, nizam-intizam öyrətmək lazımdır. Dediklərim əsasən də futbola aiddir”.

Zaira Akifqızı
Globalinfo.az