2023 06 19 20 01 57foqCF7lHpTkMX41uiPNM file


Tanınmış jurnalist Tural Müseyibovun yeni iş yeri bəlli olub.

Globalinfo.az xəbər verir ki, T.Müseyibov iş adamı Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”də işə başlayıb.

Bu barədə jurnalist özü məlumat verib. O, holdinqdə baş direktorun müavini kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tural Müseyibov bir sıra qurumlarda mətbuat katibi olub. Son iş yeri Baku TV-də ictimai-siyasi şöbənin rəhbəri vəzifəsi idi.

1687188320 b31962921a96f9b8097e8cce00c4dddf

Paylaş: