Bəstəkar Mobil Babayev dəfn olundu – YENİLƏNİB

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***14:36

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhumun cənazəsi torpağa tapşırılması üçün Yasamal qəbiristanlığına aparılır.

***12:12

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edirlər.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi Yasamal qəbiristanlığına aparılaraq dəfn ediləcək.

***10:24

Bəstəkar Mobil Babayev vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Bəstəkar dünən gecə vəfat edib.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.