
Türkiyədə vəfat edən bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun nəşi sabah Azərbaycana gətiriləcək.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Ruslan Əhmədoğlu ailəsi ilə birgə istirahət məqsədilə Türkiyəyə istirahətə yollanıb.
Onun dənizdə səhhəti qəfil pisləşib.
R.Əhmədoğlu dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.
***
Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.
Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur. O, bir çox mahnının bəstəkarıdır.
