Tanınmış aparıcı bunları yazıb, “Space”dən getdi – FOTO

Tanınmış aparıcı Turan İbrahimov “Space” telekanalındakı işindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə aparıcı öz feysbuk hesabında paylaşım edib.

“Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm.

Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”, – o yazıb.

Qeyd edək ki, yeni rəhbər təyinatından sonra kanalın əksər əməkdaşlarının işinə son verildiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az