
Türkiyəli aktyor Ozan Güvən keçmiş sevgilisi Deniz Bulutsuza qarşı zorakılıq ittihamı ilə mühakimə olunduğu iş üzrə 2 il 3 ay həbs cəzası alıb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmə Güvəni “qəsdən yaralama” ittihamı ilə cəzalandırıb, “təhqir” və “azadlıqdan məhrumetmə” maddələri üzrə aktyor bəraət alıb.
Qeyd edək ki, ittiham tərəfi Güvən üçün 13 il 6 aya qədər həbs cəzası tələb edib.
