Talıbovun Almaniyadakı şəriki Bakıda niyə təslim oldu? – “Bura elə-belə gəlməyib”

Almaniyada mühacirətdə olan Mehdi Xəlilbəyli mayın 17-də Bakıda aeroportda saxlanılıb. O, 2003-cü ilin 15 oktyabr gecəsi Müsavat Partiyasının mərkəzi qərargahında peşə fəaliyyətini yerinə yetirən Lider TV-nin əməkdaşı Sahil Kərimlini döyüdüyü üçün axtarışa verilmişdi. 

M.Xəlilbəyli həmin vaxt Azərbaycanı tərk edərək Almaniyaya mühacirətə getdi. O, 20 ildən çox idi Almaniyada yaşayırdı. M.Xəlilbəylinin adı bir ara Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovla biznes ortaqlığında hallandı. Sonra o özü bu haqda mediaya açıqlama verdi, xəbəri təkzib etdi.

mehdi

Mehdi Xəlilbəyli 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bu iddialarla tanış olduğunu, amma Mehdi Xəlilbəyli ilə Vasif Talıbov arasında hansı əlaqələrin birləşdirdiyini bilmədiyi deyib.

Onun sözlərinə görə, vaxtilə xaricdə yaşayan mühacir jurnalist Laçın Məmişov bu iddianı ortaya atmışdı. 

“Öz fikrini təsdiqləmək üçün bəzi sənədlər də paylaşmışdı. Düzdür, sonradan Xəlilbəyli bu iddiaları təkzib etsə də, hər halda od olmasa, tüstü çıxmazdı. İnanıram ki, Mehdi Xəlilbəyli 20 ildən sonra elə-belə Azərbaycana gəlib təslim olmayıb. Yəqin ki, onun hüquq-mühafizə orqanlarına anladacağı nələrsə var. Ən yaxşısı, bir az səbir edək, görək, zaman nə göstərəcək”, – deyə siyasi şərhçi fikirlərini tamamlayıb.

Zaira Akifqızı

Globalinfo.az