“Taliban”dan qərar: məscidə getməyən dövlət qulluqçuları cəzalandırılacaq

1631036565.heybe 1631035561

Üzrlü səbəb olmadan ardıcıl olaraq camaat namazını buraxan dövlət qulluqçuları Hənəfi məzhəbinə uyğun olaraq cəzalandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, bu barədə “Taliban” lideri Heybətullah Axundzadə fərman imzalayıb.

Fərmana əsasən, dövlət qurumlarının bütün işçiləri və məsul şəxsləri müəyyən olunmuş vaxtlarda beş vaxt namaz qılmalıdırlar. Eyni zamanda, qanunu pozanların hansı cəza ilə üzləşəcəkləri barədə məlumat verilmir.